Gündəm

Ermənilər əsgərlərimizə qarşı ittiham irəli sürdülər

İrəvanın ümumi yuridiksiya məhkəməsi azərbaycanlı hərbi əsirlər – Aqşin Bəbirov və Hüseyn Axudnov barəsində həbs qərarı çıxarıb.

Jamaz.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Erməni tərəfi hərbçilərimizi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button