Gündəm
Delmitasiya Komissiyasının üzvləri avqustun 29-da görüşəcək
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının növbəti iclasının vaxtı müəyyənləşib. Modern.az xəbər verir ki, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü avqustun 29-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində olub. Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev ilə Mher Qriqoryan rəhbərlik edir.