
Gündəm
Bakıda yardım kampaniyasının ünvanı dəyişdi
Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib.
Türkiyənin Azərbaycandakı səfirliyindən Jamaz.info-ya bildirilib ki, Babək prospektində yerləşən “Doğtaş Mebel” qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə dəyişdirilib.
Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.