![](https://jamaz.info/wp-content/uploads/2023/02/f7cb28a9cde3e805e4776eafc3d8ec2c08d1012_3-jpg-780x470.jpg)
Gündəm
Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.
Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.