Gündəm

Avtobuslarda gedişhaqları artırılacaqmı?

Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib. Bu barədə “Report”un sorğusunu Agentliyin mətbuat katibi Mais Ağayev cavablandırıb.

O deyib ki, BNA paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil. “Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button