Gündəm

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının strateji hədəfləri var”

“Zəngəzur dəhlizi ifadəsinin Şuşa Bəyannaməsinə daxil edilməsinin strateji hədəfləri var”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər siyasi şərhçi Asif Nərimanlıya məxsusdur.

O bildirir ki, üçtərəfli razılaşmaların regionda kommunikasiyanın bərpası ilə bağlı bəndlərində nə dəhliz, nə də Zəngəzur ifadəsi var. “Ermənistan da bu ifadənin olmamasına istinad edirdi.

Prezident Əliyev martın 6-da cəmiyyətdə “Naxçıvan dəhlizi” adlandırılan, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını Zəngəzur dəhlizi elan etdi. May ayında Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu qəbul edərkən, bu kommunikasiya xəttinin beynəlxalq müstəvidə də Zəngəzur dəhlizi kimi təsbit edildiyini açıqladı. Və Şuşa Bəyannaməsinə daxil edilməklə, Zəngəzur dəhlizi ifadəsi ilk dəfə rəsmi sənəddə əksini tapmış oldu”.

Nərimanlı hesab edir ki, bu, Zəngəzura qayıdış strategiyasında əhəmiyyətli gedişdir. Onun sözlərinə görə, ilk olaraq bununla Zəngəzur dəhlizi ifadəsinin geosiyasi leksikona daxil edilir və  Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktı beynəlxalq müstəvidə aktuallaşır. “Digər tərəfdən, geosiyasi leksikonda Zəngəzur dəhlizi ifadəsinin səslənməsi Zəngəzurun, həm də onun tarixinin dünyanın gündəmində qalmasına imkan yaradır. Və ən nəhayət, Azərbaycan bu yolla tarixi torpağı Zəngəzura qayıdışını beynəlxalq müstəvidə legitimləşdirə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button