Gündəm

Alen Simonyan: “Tezliklə sülh müqaviləsi imzalamaq arzusundayıq”

“İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanat heç bir razılaşmanın nəticəsi deyil, hər iki tərəfin istəkləri ilə bağlı bir növ açıqlanmayan son tarixdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

O, tezliklə sülh müqaviləsi imzalamaq arzusunda olduğunu bildirib. Simonyan həmçinin Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinin hakimiyyətin qırmızı xətti adlandırıb. “Azərbaycan qoşunları Ermənistanın bütün beynəlxalq səviyyədə tanınmış ərazilərindən dərhal çıxarılmalıdır. Bu, bizim bütün beynəlxalq görüşlərimizdə birinci məqamdır. Mən heç bir ilkin şərt qoymaq istəmirəm, amma bu, müzakirə olunmur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button