Dünya

Zelenskinin mənzili əlindən alındı

Krımda Zelenskinin mənzilinin taleyindən danışdılar.

Jamaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Krım Respublikasının Əmlak və Torpaq Münasibətləri Nazirliyində Ukrayna prezidenti Vladimir Zelenskinin mənzilinin gələcək taleyilə bağlı müzakirə aparılıb.

Zelenskinin mənzili, nəhayət, iyulun 27-də Krımın mülkiyyətinə keçib.

Qeyd edək ki, mayın 24-də Krımın Dövlət Şurası Ukrayna prezidentinin əmlakını milliləşdirmək niyyətini açıqlayıb. Yarımadanın rəhbəri Sergey Aksyonov böyük şərab zavodlarını və bank strukturlarını da eyni aqibətin gözlədiyini vurğulayıb. Qurum rəsmisi verdiyi sözə əməl edəcəyini və “Rusiya düşmənlərinin” Krımda pul qazanmasına imkan verməyəcəyini bildirib.

Bundan əvvəl Krım Dövlət Şurasının rəhbəri Vladimir Konstantinov Zelenskinin mənzilinin hərraca çıxarılacağını bildirib. Əmlakın satışından əldə edilən gəlir Xüsusi Hərbi Əməliyyat (SVO) zonasında olan əsgərlərə kömək üçün istifadə olunacaq.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button