
Dünya
Zelenski Türkiyəyə yardımla bağlı qərar verdi
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə zəlzələ ilə bağlı yardım göndərilməsi barədə qərar imzalayıb.
Jamaz.info xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasili Bodnar tviter səhifəsində paylaşım edib.
“Ukrayna xalqı olaraq türk xalqının kədərini paylaşırıq. Bu gün prezident Zelenski bu qorxunc təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün Türkiyəyə humanitar yardım təmin olunması barədə qərar imzalayıb”, – deyə diplomat yazıb.