Dünya

Zelenski öldürülsə, Ukraynaya kimlər rəhbərlik edəcək? – Plan açıqlandı

Ukraynanın ölkə prezidentinin müharibə zamanı həlak olması ilə bağlı planı var, baxmayaraq ki, Ukrayna rəsmiləri bu barədə açıq danışmaqdan imtina edirlər.

Jamaz.info xəbər verir ki, bu barədə Amerikanın “Politico” jurnalı yazır.

Nəşrin müəllifləri qeyd edirlər ki, prezidentə ruslar tərəfindən mümkün sui-qəsdlə bağlı məsələni nə Ukraynada, nə də Qərbdə nəzərdən qaçırmaq olmaz.

Vladimir Zelenski dövlətin sadəcə formal lideri deyil, o, Rusiyaya qarşı mübarizədə beynəlxalq dəstəyin cəlb edilməsində şəxsən əsas rol oynayır.

Nəşr xatırladır ki, irimiqyaslı müharibənin əvvəlində Ukrayna rəsmilərinin fikrincə, ruslar prezidenti sıradan çıxarmaq üçün bir neçə dəfə cəhd ediblər və rusiyalı radikal deputatlar və “hərbi müxbirlər” müntəzəm olaraq Zelenskinin öldürülməsini tələb edirlər.

“Həyatı üçün təhlükə olduğuna görə, Zelenskinin xarici səfərləri maksimum məxfiliklə planlaşdırılır”, – qəzet yazır.

“Politico” qeyd edir ki, Ukrayna rəsmilərinin məsələ ilə bağlı danışmaq istəməməsinə baxmayaraq, Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı mövcuddur. Keçən il ABŞ-ın dövlət katibi Entoni Blinken müsahibəsində “ukraynalıların hökumətin davamlılığı” ilə bağlı planlarının olduğunu bildirərkən bunu faktiki olaraq təsdiqləmişdi.

“Politico” hesab edir ki, Zelenskinin yoxluğunda Ukraynaya Ali Radanın sədri Ruslan Stefançuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov birgə rəhbərlik edəcək. Valeri Zalujnı ordunun baş komandanı postunda qalacaq.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button