Dünya
Zelenski milyardlıq yardıma görə təşəkkür etdi
Ukrayna prezidenti Volodimir Zelenski Niderlandın baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.
Jamaz.info xəbər verir ki, prezident bu barədə tviter səhifəsində paylaşım edib.
“Niderland baş naziri ilə danışdıq. Aqressora qarşı mübarizədə Ukraynaya 2.5 milyard avro yardıma görə ona təşəkkür etdim. Biz müdafiə qabiliyyətini artırmaq, energetika stabilliyini təmin etmək və zəruri infrastrukturu bərpa etmək üçün birgə fəaliyyət göstərməyi davam etdirəcəyik”, – deyə Zelenski yazıb.