Dünya
Zelenski Fransa Prezidentinə təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makrona Xerson əyalətinin Rusiya hərbçilərindən azad edilməsini dəstəklədiyinə və alqışladığına görə minnətdarlığını bildirib.
JAMAZ.İNFO Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident öz tviter hesabında məlumat verib.
“Çox sağ olun, Emmanuel Makron. Hər bir şəhərimizin və kəndimizin üzərində Ukrayna bayrağı dalğalanana qədər bu addımlar dayanmayacaq. Minnətdarıq ki, sizin və xalqınız kimi müttəfiqlərlə əl-ələ verib bu yolda gedirik”, – deyə Zelenski yazıb.