Dünya

Zalujnı Ukraynanın Londondakı səfiri olacaq?

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Böyük Britaniyadakı səfir vəzifəsinə razı olduğunu bildirib. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Ali Radanın deputatı Yevgeni Şevçenko çıxış edib.

O deyib: “Demək istəyirəm ki, məndə olan məlumata görə, Zalujni Böyük Britaniyadakı səfir vəzifəsinə razılaşıb. Çox güman ki, ora gedəcək və biz bilirik ki, səfir göndərilən adamlar siyasi sürgünə gedirlər. Hələ heç kim geri qayıtmayıb. Ukraynada isə bu, ənənədir”.

Nəzərinizə çatdıraq ki, son günlər Vladimir Zelenskinin Zalujnıyı işdən çıxaracağı ilə bağlı intensiv xəbərlər yayılıb. Ukrayna prezidenti son müsahibəsində belə niyyətini etiraf edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button