
Dünya
Zəlzələdə həyatını itirənlərin sayı 36 mini keçdi
Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 36 187 nəfərə yüksəlib.
Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Təbii fəlakət zamanı 108 068 nəfərin isə yaralandığı qeyd olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.