Dünya

Yevgeni Krutikov: “Ermənistanın mövcudluğunun mənası itib”

“Ermənistanın mövcudluğunun mənası itib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın tanınmış hərbi eksperti Yevgeni Krutikov deyib.  

O bildirib ki, 19901-cı ildə yalnız Qarabağ haqqında fikirləşən və tez-tələsik müstəqillik əldə edən İrəvanda artıq bunu daha çox anlayırlar. Onun sözlərinə görə, Qarabağda “qələbə” əldə edəndən sonra eyforiyaya qapılanlar, sonradan böyük bir səhv etdiklərini görsələr də, etiraf etməyə çəkinirdilər. Çünki hakimiyyəti ələ keçirmiş qarabağlılar bu cür danışanları nəinki sıxışdırır, hətta onları ölkədən qovmaqdan belə çəkinmirdilər. “İndi isə düşdükləri vəziyyətə bax. Zamanında, müharibəni deyil, iqtisadi cəhətdən güclənməni həyata keçirsəydilər, bu gün bölgədə problem qalmazdı. Diqqət edin, Ermənistanın müqəddəratı Ermənistan, Azərbaycan və Rusiyanın baş nazir müavinlərinin müzakirələrindən asılı vəziyyətdə qalıb. 30 il ərazində qazandıqları dəyərləri qısa müddətdə itirməyə başlayıblar”.

Krutikov qeyd edir ki, Rusiya, ABŞ və Fransadan ibarət Minsk Qrupu da bu illər ərzində heç nə etmədilər. “Çünki onlara Qafqazda münaqişə lazım deyildi. Məhz bu səbəbdən Qarabağ məsələsini dondurmağa çalışırdılar”.

Rus hərbi ekspert bildirir ki, hələ sovet dövründə Qarabağa və müstəqil Ermənistan uğrunda mübarizə aparan dissidentlər bu gün unudulub. “Allaha şükürlər olsun ki, onlar unudulublar. Onların bir çoxu aşağı keyfiyyətli personajlar idilər. Bəziləri isə Moskvada metronu partladan terrorçulardılar. İçərilərində uzaqgörən təkcə Levon Ter-Petrosyan idi. O, Azərbaycanla münasibətlərin düzəlməsinin tərəfdarı idi. Lakin Qarabağdan gəlmiş bir qrup başıpozuq onu devirdilər”.

Krutikov sonda qeyd edir ki, vaxtıyla Şuşanı işğal edənlər, bu gün İrəvanda market müdiri kimi çalışırlar. “Ermənilər, xüsusən də Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ ermənilərin anlamadılar ki, normal iqtisadi münasibətlər və siyasi əməkdaşlıqlar inkişafa gətirib çıxarır. Daha aqressiya və müharibələr heç vaxt inkişafın əsası ola bilməz. Elə ona görə də, həmin qarabağlı ermənilər bu gün məğlub olublar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button