Dünya
Yenidən zəlzələ baş verdi
Türkiyənin Ərzurum vilayətində yenidən zəlzələ qeydə alınıb.
Jamaz.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Aşkale rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 16.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.