
Dünya
Vuhanda karantin elan edildi
Koronavirusun “vətəni” olan Çinin Vuhan əyalətində xəstəlik yenidən baş qaldırıb. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən Pekin hökuməti bölgədə karantin rejimi elan edib.
Belə ki, Vuhan əyalətinin Jiangxia şəhərinə giriş-çıxş qadağan edilib. Əhalinin evdən çıxmasına da məhdudiyyət qoyulub. Buna səbəb 1 milyon əhalisi olan şəhərdə koronavirusun sürətlə yayılmasıdır.