Dünya
Və Amerika geri döndü: Suriyada hərbi baza qurur
Tramp hakimiyyəti dövründə Suriya məsələsinə bir o qədər diqqət yetirməyən ABŞ, Co Baydendən sonra ənənəvi siyasətinə davam etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq dünəndən Suriyada “üçbucaq” deyə adlandırılan ərazidə ABŞ hərbi baza qurmağa start verib.
“Asharq al-Awsat” qəzetinin yaydığı məlumata görə, bu məqsədlə Türkiyə, İraq və Suriya sərhədlərinin kəsişdiyi bölgə seçilib. Dünən isə Qamışlı bölgəsinə 55 yük maşını dolu hərbi texnika və silah gətirilib. Yaxın günlərdə orada ABŞ hərbçilərinin qalması və yerləşməsi üçün tikinti işlərinə də start veriləcəyi gözlənilir.