Dünya
Üzümdə dağıdılmış binanın qalıqları altından 44 mülki şəxsin cəsədi çıxarıldı
Ukraynanın Xarkov vilayətinin Üüzüm şəhərində rusların törətdiklər daha bir dəhşətin üstü açılıb. JAMAZ.İNFO xəbər verir ki, martın əvvəllərində bombardmana məruz qalan binaların birinin altından 44 mülki şəxsin cəsədi aşkarlanıb.
Xarkov Hərbi Admnistrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, 44 mülki şəxsin meyitləri dünən aparılan axtarışlar zamanı tapılıb. “Üzüm şəhərində 5 mərtəbəli bina ağır artilleriya zərbələri nəticəsində dağıdılıb. Həmin vaxt binada yaşayan sakinlərin qaçıb, sığınacaqlara yerləşmək imkanları olmayıb. Nəticədə, onlardan 44 nəfəri dağıntılar altında qalaraq, həlak olublar”.