Dünya
Ukraynanı gücləndirməyə davam edəcəyik – Stoltenberq
NATO Ukrayna Silahlı Qüvvələrini gücləndirməyə davam edəcək.
Jamaz.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
O deyib ki, alyans ukraynalılara Rusiyaya qarşı mübarizədə və ölkənin bərpasında dəstək verəcək: “NATO Ukraynanın yanındadır. 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından bəri biz sizinləyik. Biz rus işğalçılarına qarşı qəhrəmancasına mübarizədə və ölkənizin müdafiəsində sizinləyik”.
Baş katib qeyd edib ki, NATO müttəfiqləri on minlərlə ukraynalı əsgərə təlim keçib. Onun sözlərinə görə, NATO üzvləri Ukraynaya 150 milyard dollardan çox yardım edib, onun 65 milyardı hərbi yardım olub.