Dünya

Ukrayna PUA-ları Rostovu vurdu

Ukrayna ordusuna məxsus döyüş PUA-ları bu gün səhər saatlarında Rusiyanın Rostov şəhərinə hücum ediblər. JAMAZ.İNFO xəbər verir ki, Rusiya Havadan Müdafiə Qüvvələri hücumun qarşısını alarkən iki PUA vurub.

Məlumatda deyilir ki, hücum nəticəsində bir neçə binaya zərər dəyib. Baş verən olaylar zamanı isə bir nəfər yaralanıb.

Rostov qubernatoru Vasiliy Qolubev də öz növbəsində bildirib ki, Puşkini küçəsində PUA-nın düşməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button