Dünya
Ukrayna İran istehsalı 17 PUA-nı məhv etdi
Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İran istehsalı 21“Şahed” PUA-sından 17-ni məhv edib.
Jamaz.info “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya şimal və cənubdan kamikadze PUA-larla hücuma keçiblər.
Bundan başqa, dünən Rusiyanın “Orlan-10” və 4 “Lancet” pilotsuz uçuş aparatları zərərsizləşdirilib.