Dünya
Ukrayna elan etdi: əlamətdar döyüş yaxınlaşır
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov ən yaxın tarixdə əlamətdar döyüşün olacağı barədə məlumat verib.
Jamaz.info xəbər verir ki, o, bu barədə “RBC-Ukrayna”-ya müsahibəsində bildirib.
“İstəsəniz də, istəməsəniz də, biz Ukraynanın müasir tarixi üçün əlamətdar döyüşə yaxınlaşırıq. Bu bir faktdır, hamı bunu başa düşür”, – Budanov bildirib.
Eyni zamanda əlavə edib ki, bu döyüşün başlaması ilə bağlı məlumatlar sirrdir.
Kiyevə silah tədarükünün həcminə və sürətinə gəlincə , Budanov qeyd edib ki, o, bu həcmləri gücləndirmək və artırmaq istəyir.
“Bizim düşdüyümüz şərtləri nəzərə alsaq, bu, tamamilə başadüşüləndir. Amma biz əlimizdə olanlarla irəli gedəcəyik”, – deyə Ukrayna kəşfiyyatının rəhbəri bildirib.(publika)