![](https://jamaz.info/wp-content/uploads/2023/03/1679723571_1674577067_1670486358_952221-441472661-780x470.jpg)
Dünya
Ukrayna əks-hücuma hazır deyil – Zelenski
Ukrayna ordusu silah çatışmazlığı səbəbindən əks-hücuma keçməyə hazır deyil.
Jamaz.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, hazırda Ukrayna ordusunda ciddi silah-sursat çatışmazlığı yaşanır.