Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. JAMAZ.İNFO xəbər verir ki, təbii fəlakət zamanı 35 nəfər yaralanıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.