Dünya

Türkiyə müdafiə nazirindən NATO müttəfiqlərinə tənqid

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​NATO ölkələrinin müdafiə nazirlərinin iştirakı ilə keçirilən görüşdən sonra  jurnalistlərə açıqlamalar verib.

Jamaz.info xəbər verir ki,  müdafiə naziri İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin şərtlərininin bir daha diqqətə çatdırıldığını bildirib.

“İkitərəfli görüşlərimizdə müttəfiqlərimizə bəyan etdik ki, NATO-nun “açıq qapı siyasəti”ni dəstəkləyirik və İsveç üçlü Memorandumda qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər”,- o deyib.

Gülər Türkiyənin terror təşkilatları ilə sona qədər mübarizə aparmaq əzmində olduğunu vurğulayıb:

“PKK/YPG/PYD, FETÖ, İŞİD, Əl-Qaidə və digər bütün terror təşkilatlarına qarşı sona qədər mübarizə aparmaq əzmində olduğumuzu vurğuladıq. Bu mövzuda bütün müttəfiqlərimizdən tam dəstək gözlədiyimizi bildirdi”.

Türkiyənin NATO-ya ən çox töhfə verən ölkələr arasında olduğunu vurğulayan Gülər ​​sözlərini belə davam etdirib:

“Lakin bizim müttəfiqlərimiz tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağımız heç vaxt qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə ölkəmizin təhlükəsizliyinə deyil, həm də NATO-nun müttəfiqlər üçün potensial hədəflərinin yerinə yetirilməsinə, dolayısıyla NATO-nun təhlükəsizliyinə mənfi təsir göstərir”.

Gülər taxıl daşınmalarının sürətli, planlı olaraq davam etdirilməsinin vacibliyini vurğuladıqlarını qeyd edib. (modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button