Dünya

“Türkiyə ilə dostluq istəyirlərsə, terrorçulara dəstəyi dayandırmalıdırlar”

“Mülki əhalimizə qarşı terror hücumları bəzi ölkələrin terror qruplaşmalarına dəstəyinin birbaşa və dolayı nəticəsidir. Əgər onlar Türkiyə ilə dostluq istəyirlərsə, terrorçulara birbaşa və dolayı dəstək dərhal dayandırmalıdırlar”.

JAMAZ.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviterdə yazıb. O bildirib ki, hadisədə əli olan şəxslər tapılacaq və cəzalandırılacaqlar:

“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Onların dərdini, kədərini bölüşürəm”.

Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button