Dünya

Türkiyə hökuməti toplanır – Qarabağ müzakirə olunacaq

Bu gün Türkiyə hökumətinin iclası olacaq.

Jamaz.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda daxili və xarici siyasət məsələləri müzakirə ediləcək.

Xarici siyasətlə bağlı mövzulardan biri Rusiya Prezidenti Putinin Türkiyəyə səfəri olacaq.

Bundan əlavə, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma məsələsi də yer alacaq. Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq, habelə İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar, terrorizmlə mübarizə məsələləri də əsas müzakirə mövzularından olacaq.

Daha sonra Kahramanmaraşdakı zəlzələdən sonra 6 ay ərzində vilayətdə görülmüş işlər barədə məlumat veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button