Dünya

Tufan Türkiyəndə dağıntılara və təlafata səbəb olub: 6 nəfər ölüb, 38 nəfər yaralanıb

Dünəndən başlayan güclü tufan Türkiyənin bir çox əyalətlərində, xüsusən də İstanbul, Kocaeli və Zonquldaqda böyük dağıntılara səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, sürəti saat 130 km/saata çatan güclü külək insan itkisinə də gətirib, çıxarıb.

Belə ki, son bir sutka ərzində küləyin yaratdığı fəsadlar nəticəsində 6 insan həyatını itirib. 38 nəfər isə yaralanıb. Türkiyə Fövqəladə Hallar Nazirliyi bildirib ki, ölüm sayının artacağı istisna deyil. Buna səbəb kimi, yaralılar arasında vəziyyəti ağır olanların olmasıdır.

Dövlət qurumu xeyli sayda evin damının uçduğunu, avtomobillərə zərər dəydiyini bildirib və xəbərdarlıq edib ki, insanlar bu gün axşam saatlarına qədər zərurət olmadan küçəyə çıxmasınlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button