Dünya

Tramp tərəfdarları Konqresə hücum etməyə hazırlaşır

ABŞ Nümayəndələr Palatasının bu günə təyin edilmiş iclasını binaya ediləcək silahlı hücum səbəbində təxirə salıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Qəzet iddia edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları olan, özlərini “QAnon” təşkilatı kimi təqdim edən qrup martın 4-nü ölkədə “həqiqi andiçmə günü” kimi qeyd ediblər. Onlar bəyan ediblər ki, Co Bayden saxta yolla prezident seçilib və əsl prezident isə Trampdır. Təşkilatdan bildiriblər ki, onlar 4 martda Kapitolinin qarşısına toplaşıb, Konqresin binasını ələ keçirəcəklər və Trampı dəvət edərək, andiçmə mərasimi düzənləyəcəklər.

Qeyd edək ki, “QAnon” təşkilatının üzvlərinin əksəriyyəti silahlı şəxslərdir. Onlar ABŞ qanunlarına uyğun olaraq, silah daşımaq hüququna sahibdirlər.

Məlumata görə, məsələ ilə əlaqədar Konqresin binasının təhlükəsizliyini təmin etmək məqsədi ilə polis və hərbçilərdən ibarət böyük bir qrup gətirilib.

Xatırladaq ki, bir müddət əvvəl özünü Trampın tərəfdarları hesab edən böyük bir kütlə Kapitoliya hücum etmişdilər. Binaya daxil olan aksiya iştirakçıları əşyaları sındırmaqla yanaşı, həm də binaya zərər vurmuşdular. Hadisənin önlənilməsi zamanı isə 6 nəfərin öldüyü, onlarla şəxsin isə yaralandığı bildirilirdi. Bundan başqa, xeyli sayda həbslərin olduğu da qeyd olunurdu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button