Dünya

PKK lideri qorxusundan gizlənməyə yer axtarır

Şimali İraqda Türkiyənin Milli İstihbarat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin birgə həyata keçirdiyi əməliyyatlar zamanı PKK terror təşkilatının rəhbərlərindən daha biri öldürülüb. JAMAZ.İNFO xəbər verir ki, Ali Haydar Kaytan adlı terrorçunun məhv edilməsindən sonra PKK rəhbərliyi qorxuya düşüb.

Belə ki, PKK-nın hazırda lideri olan Murat Karayılan qorxusundan Gara dağlarında gizlənməklə yanaşı, geyimini də dəyişib. Türk mediasının verdiyi məlumata görə, ötən gün könüllü olaraq təslim olan PKK-nın xüsusi təyinatlılarının rəhbəri A.D. bildirib ki, Murad Kkarayılan bir yerə gedərkən PUA və SİHA-ların qorxusundan ərəblərin yerli geyimlərini geyinir ki, onu tanımasınlar. “Diqqəti çəkməmək üçün çoxsaylı mühafizəçiylə də gəzmir. Yanına ən inandığı 3 nəfər götürür. Sui-qəsd ola bilər deyə, üzünü davamlı olaraq bağlayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button