Dünya

Tiflis hökuməti prezidentin səfərlərinə qadağa qoyub

Gürcüstan prezidenti Salome Zurabişvilinin Avropa turnesi böyük ehtimalla ləğv ediləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” agentliyi məlumat yayıb.

Gürcüstan Prezident Admnistarsiyasının məlumatına görə, artıq avqustun 3-də dövlət başçısına bu günə, yəni avqustun 31-nə planlaşdırılan Almaniyaya səfərdən yazılı şəkildə imtina ediblər. “Bundan başqa, prezidentə avqust-dekabr ayları arasında daha 9 səfərə icazə verilməyib”.

Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərlərdən, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir. “Salome Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına görə, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir. Çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button