Dünya

Tehran və Bağdad PKK məsələsində razılaşdı: Terror təşkilatı İraqın Qərb bölgəsinə köçürüləcək

İran və İraq hökumətləri Şimali İraq və İranın Kürdistan vilayətində mənzillənmiş PKK və PEJAK terror təşkilatlarını zərərsizləşdirmək üçün razılıq əldə ediblər. JAMAZ.İNFO “İran Daily” qəzetinə istinadən xəbər verir ki, razılaşma bu yaxınlarda Bağdadda yazılı şəkildə imzalanıb.

Həmin razılaşmaya əsasənm terror təşkilatına qarşı təkcə İran və Türkiyə deyil, həmçinin İraq hökuməti də başlayacaq. Belə ki, sentyabrın 23-dən etibarən İran və İraqın ordu birlikləri Şimali İraqda məskunlaşmış və davamlı olaraq Türkiyə və İran üçün təhlükə yaradan PKK və PEJAK-ın ərazidən çıxarılmasını həyata keçirəcək.

Tehran nəşrinin iddiasına görə, bu razılaşma əsasında İran Kürdistanındakı PEJAK-la (PKK-nın İran qolu) SEPAH mübarizə aparacaq. Şimali İraqdakı PKK ilə isə hər iki ölkənin briqadaları hərəkət edərək. PKK-nın bölgədən çıxarılaraq, İraqın qəbr bölgələrinə köçürülməsi həyata keçiriləcək.

Qeyd edək ki, İraqın qərb bölgəsi Suriya ilə sərhəd əraziləri əhatə edir. Bu bölgədə isə Türkiyə ordusu PKK-YPG ilə mübarizə aparır.

Xatırladaq ki, bu yaxınlarda Türkiyənin XİN başçısı Hakan Fidan da Bağdada səfər etmişdi. Həmin səfər çərçivəsində PKK-nın sərhədyanı ərazilərdən çıxarılması və ləğv edilməsi müzakirə olunmuşdu. Bağdad hökuməti Türkiyənin Şimali İraq əyalətlərində keçirdiyi əməliyyatlardan narazı olsa da, PKK məsələsində Ankara ilə həmfikir olduğunu bəyan etmişdi.

Lakin gedişat onu deməyə əsas verir ki, İraq Türkiyə ilə həmfikir olduğunu açıqlasa da, İranın planı üzrə hərəkət etməyi qərarlaşdırıb. Belə ki, PKK-nın Şimali İraqdan çıxarılıb, Suriya ilə sərhəddə yerləşdirilməsi Türkiyə üçün həmin bölgədə əlavə problemlər yaradacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button