
Dünya
“Təkcə Ukraynaya dəstək verməməliyik” – NATO rəhbəri
NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə büdcəsinin artırılmasından danışıb.
Jamaz.info “Deutsche Welle”yə istinadən xəbər verir ki, baş katib bunu istisna etmədiyini bildirib.
“NATO ölkələri təkcə Ukraynaya dəstək verməməli, həm də öz müdafiə qabiliyyəti səviyyəsinin saxlanmasının qayğısına qalmalıdırlar. Bu, müdafiə xərclərinin artırılmasını tələb edir”, – deyə Stoltenberq söyləyib.
Baş katib qeyd edib ki, NATO Ukraynada müharibənin tərəfi deyil, bununla belə, Kiyevə dəstək vermək hərbi alyansın hüququdur.(modern)