
Dünya
Şoyqu yenə Arutyunyana zəng elədi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, telefon danışığı zamanı tərəflər bölgədə baş verən prosesləri, Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Xatırladaq ki, son bir həftə ərzində Şoyqu ilə Arutyunyan arasında keçirilən telefon danışıqları mütəmadi şəkil alıb.