Dünya
Şırnakda PKK ilə toqquşma: 3 şəhid, bir yaralı
Türkiyə Jandarm Qüvvələri bu gün Bestler Dereler bölgəsində keçirdiyi ikinci axtarış-əmliyyat zamanı terrorçularla toqquşub. JAMAZ.İNFO xəbər verir ki, Helikopter və PUA-ların dəstəyi ilə keçirilən axtarış zamanı həmin bölgədə mağaralardan birinə sığınan terrorçularla jandarm qüvvələri arasında atışma olub.
Atışma nəticəsində Türkiyə Jandarm Qüvvələrinin 3 əsgəri şəhid olub. Bir nəfər isə yaralanıb.
Ərazidə keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının üç üzvü öldürülüb.