Dünya

Sinan Oğan Atatürkçü olduğuna görə Ərdoğanı seçdi – AKP-dən açıqlama

Sinan Oğan ya iki namizəddən birini dəstəkləməli, ya da tərəfsiz qalmalı idi. Lakin o doğru olanı edib, bizə dəstək verdi.

Jamaz.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, ATA ittifaqının prezidentliyə namizədi olmuş Sinan Oğanın seçkilərin ikinci turunda hazırkı dövlət başçısını dəstəkləməsi AKP üçün önəmli addımdır:

“Sinan bəy, Türk milliyyətçisi, Atatürkçü qardaşımızdır. O, vaxtilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatı olub. Fəaliyyət istiqaməti həmişə eynidir. 14 mayda prezidentliyə namizədlərdən biri də məhz o idi. Birinci tur seçkilərində Sinan bəy 5,17 faiz səs topladı. Daha dəqiq desək, 2 milyon 800 min nəfərin səsini aldı. Lakin seçkilər ikinci tura qaldı. İkinci turda AKP sədri Rəcəb Tayyib Ərdoğanla CHP sədri Kemal Kılıçdaroğlu yarışacaq. Sinan Oğan ya iki namizəddən birini dəstəkləməli, ya da tərəfsiz qalmalı idi. Sinan bəy milliyyətçi olduğuna görə “Cümhur İttifaqı”nı seçdi. Xeyirli-uğurlu olsun”.

Ş.Ayrım Sinan Oğanın tənqidlərə baxmayaraq, Ərdoğanı seçməsi “Cümhur İttifaqı” üçün böyük mənəvi dəstəkdir:

“Sinan Oğanın qərarı bizim üçün mənəvi dəstək oldu. “Millət İttifaqı” içərisində etirazların olduğu dönəmi yaşayırıq. Nəticədə qərar gözlənilirdi. “Cümhur İttifaqı” olaraq Sinan bəylə birlikdə yolumuza davam edəcəyik. İnşallah, ikinci turda qalib gələcəyik”.

Qeyd edək ki, ötən gün mətbuat konfransı Sinan Oğan tərəfdarlarını ikinci turda ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırıb. “Prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyimi bildirirəm. Tərəfdarlarımı seçkilərdə onu dəstəkləməyə çağırıram”, – deyə Sinan Oğan bəyan edib.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən birinci turunda Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğu 44,88 faiz, ATA İttifaqından namizəd Sinan Oğan isə 5,17 faiz səs toplayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button