Dünya

SEPAH Ərbilə raket zərbəsi endirdiyini bəyan edib

Bu gün səhər saatlarında İraqın Ərbil şəhərində yerləşən ABŞ Konsulluğunun və onun yaxınlığında yerləşən təlim mərkəzinin raketlə vurulduğu barədə xəbər vermişdik. JAMAZ.İNFO xəbər verir ki, ilkin məlumatlarda həmin raketlərin İran ərazisindən buraxıldığı vurğulanırdı.

Lakin səhər saatlarında Tehran rəsmiləri ballistik raketlə zərbə endirilməsi barədə xəbərləri təkzib etmişdilər. Az öncə isə İranın Ali Dini rəhbərinə tabe olan və ölkənin əsas müdafiə qüvvəsi sayılan İslam İnqilabı Keşikçiləri Ordusu (SEPAH) bəyanat yayaraq, Ərbildəki konsulluğun və digər obyektlərin vurulmasının məsuliyyətini üzərinə götürüb. “Bəyan etmişdik ki, sionist rejimin cinayətlərinə səssiz qalmayacağıq. Dünən gecə həmin şər yuvalarından birinə raket zərbələri endirdik. Bir daha sionist rejimi xəbərdar edirik ki, bundan sonra da onlara sərt və dağıdıcı zərbə endirəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button