Dünya
Sarkisyanın qohumu nazir təyin edildi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Qriqor Minasyanın ədliyyə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Jamaz.info xəbər verir ki, sərəncam Ermənistan Baş nazirinin tövsiyəsi əsasında imzalanıb.
Qriqor Minasyan bu təyinata qədər ədliyyə nazirinin müavini olub. O, Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.