Dünya

Sanksiyalara tab gətirəcək resursumuz yoxdur – Paşinyan

“Ermənistan sanksiyalara məruz qalsa, onsuz da müttəfiqlər üçün yaxşı olmayacaq”.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bizim belə sanksiya rejiminə tab gətirmək üçün resurslarımız yoxdur. Ermənistan İranla heç də az vacib olmayan əlaqələr saxlayır, lakin bu ölkəyə qarşı beynəlxalq sanksiyalar elan olunanda İrəvan da onlara əməl etmək məcburiyyətində qaldı. Eyni zamanda, sanksiyalar səhlənkarlıqla pozula bilər, xüsusən də onların rejimi mürəkkəb olduğundan tez-tez dəyişir”, – Paşinyan qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button