Dünya

Samvel Babayan Qarabağ ermənilərini aksiyaya çağırır: “Müxalifətə dəstək verməliyik”

Bir neçə gün əvvəl Qarabağdan qaçaraq, Ermənistanda özünə sığınacaq tapan qondarma xuntanın “təhlküəsizlik şurasının” keçmiş “katibi Samvel Babayan yeni oyuna başlayıb. JAMAZ.İNFO xəbər verir ki, o, bir neçə gün əvvəl Qarabağdan olan erməniləri başına yığaraq, onları müxalifətin mitinqinə qoşulmağa çağırıb. 

“Joqovurd” qəzeti bununla bağlı xəbər verir ki, Babayan erməniləri ələ almaq üçün “Milli Komitənin rəhbəri Andranik Tevanyan (müxalifətion əsas lideri) bizim adamdır” deyib. “Onun bu sözlərinə inananlar gedin müxalifətin mitinqinə qoşulub. Hətta 2-3 dəfə aksiyalarda iştirak da ediblər.”.

Qeyd edək ki, Ermənistan müxalifəti Samvel Babayanı Nikol Paşinyanın əsas adamı kimi təqdim edirlər. Hətta onun Qarabağda davranışlarını da Paşinyanın təlimatları ilə bağlayırdılar.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button