
Dünya
Ruslar Ukraynanın daha bir şəhərinə daxil oldu
Rusiya qoşunları Donetsk ətrafında yerləşən Uqledar şəhərinə daxil olub.
Jamaz.info xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib.
Onun sözlərinə görə, hazırda şəhərin kənarında döyüşlər gedir.
“Əks-hücuma keçməyə çalışan düşmənə qarşı Rusiya artilleriyası istifadə olunur”, – Kimakovski deyib.
Rusiyanın işğal etdiyi Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi isə qeyd edib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.