
Dünya
Ruslar Krivoy Roqda neft bazasını, Xarkovda isə yaşayış binasını raketlə vurub
Bu gün səhər saatlarında Rusiya Ukraynanın bir neçə iri şəhərlərini raket atəşinə tutub. JAMAZ.İNFO xəbər verir ki, rusların atdığı raketlərdən biri Ukraynanın Krivoy Roq şəhərində yerləşən neft bazasına düşüb.
Nəticədə, güclü yanğın əmələ gəlib. Yanğını söndürmək üçün xüsusi qüvvələr cəlb edilib.
Bundan başqa, ruslar Xarkovdakı yaşayış binasını da raketlə vurublar. Hazırda binaya endirilən raket zərbəsi nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.