
Dünya
Ruslar həbsxananı vurdu: “Azov”çulardan 53-ü həlak oldu
Rusiya ordusu Ukraynanın Ddonetsk vilayətinin Olevinka qəsəbəsindəki həbsxanasını raketlə vurub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, rusların raket hücumu nəticəsində həbsxanada olan əsir götürülmüş ukraynalı hərbçilərdən 53 nəfəri həlak olub, 75 nəfəri yaralanıb. Həbsxanadakı ukraynalı əsirlərin “Azov” Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri olduğu bildirilir.
Qeyd edək ki, Rusiya bu hadisədə Ukraynanı ittiham edir.