Dünya

Ruslar bu ölkənin banklarına hücum etdilər

Rusiyalı hakerlər İtaliya banklarının saytlarına hücum ediblər.

Jamaz.info xəbər verir ki, İtaliyada, çərşənbə axşamı, avqustun 1-də ölkədəki ən azı beş bankın internet saytına haker hücumları qeydə alınıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hakerlər “Intesa Sanpaolo”, “Monte dei Paschi di Siena”, “BPER Banca”, “FinecoBank” və “Banca Popolare di Sondrio” banklarının saytlarına DDoS hücumları təşkil ediblər.

Kiberhücumların arxasında Noname057(16) qrupunun rusiyapərəst hakerləri dayandığı bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button