Dünya
Rusiyaya qarşı yeni sanksiyalar olmayacaq
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların olmayacağını düşünür, çünki yeni məhdudiyyətlər özü ilə daha çox istisnalar gətirəcək.
Jamaz.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, Avropa İttifaqının bir neçə ölkəsi Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalmayan sahələri olmadan mövcudluğunu davam etdirə bilməz.
Nəşrin məlumatına görə, Rusiyaya qarşı yeni məhdudiyyətlərdə çox güman ki, yalnız fiziki şəxslərin siyahısı genişləndiriləcək və artıq qüvvədə olan qadağalar sərtləşdiriləcək.