Dünya

Rusiyaya daha bir zərbə: – Mühüm tədbirə dəvət edilmədi

Rusiya rəsmiləri 2023-cü ildə keçiriləcək Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb.

Jamaz.info xəbər verir ki, onun sədri Kristof Hoysqen “Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququ pozan ölkə konfransa dəvətə layiq deyil. Tədbirin 17-18 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

“Biz beynəlxalq hüququ pozanlara çıxış üçün platforma vermək istəmirik”, – Münhen təşkilatının sədri bildirib. “Reuters”in qeyd etdiyi kimi, Münhen konfransı həm də İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumla yalnız müdafiə sahəsində müqayisə edilir.

Noyabrın 21-də Kristof Hoysqen Rusiyanın gələcəyini müzakirə etmək üçün Rusiya müxalifətinin nümayəndələrini konfransa dəvət etmək istədiyini açıqlamışdı.

2022-ci il dekabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Münhen Konfransına marağın itdiyini açıqlayıb. Nazirlik bildirib ki, son illər konfrans sırf transatlantik foruma çevrilib, inklüzivliyini, obyektivliyini və bərabər məsafəni itirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button