
Rusiyanın yeganə taktikası terrordur – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibədəki taktikasının terror olduğunu bildirib.
Jamaz.info xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.
“Bu gün Rusiyanın yeganə taktikası terrordur. Bu cür taktikaların yeganə mümkün nəticəsi məğlubiyyət olacaq. Terror onların zəifliyinin sübutu və bizim dayanıqlılığımız üçün bir sınaq oldu. Bizim üçün ən qaranlıq vaxtlar işıqsız olan vaxtlar deyil, azadlıq olmayan zamandır”, – deyə Ukrayna prezidenti qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.