Dünya

Rusiyanın Ukrayna “imtahanı”: “Bayraktar”lar Krım səmalarında  

Qarabağda hərbi əməliyyatlar aparan Azərbaycan Ordusu 44 gün ərzində düşməni darmadağın edərək, dünyada yeni bir yanaşmanın əsasını qoymağa nail oldu. JAMAZ.İNFO xəbər verir ki, bu savaşdan hətta böyük ölkələr ciddi nəticə çıxardıqlarını etiraf edirlər. Xüsusən də, PUA-larla bağlı məsələ həddindən artıq diqqəti çəkməkdədir.

Qeyd edək ki, Qarabağ savaşında Azərbaycan Ordusunun istifadə etdiyi və ermənilərin kabusuna çevrilmiş “Bayraktar TB2” pilotsuz uçuş aparatları artıq bir çox ölkələrin diqqətini çəkib. Bu sırada Ukrayna daha çox cəhd edənlər sırasındadır. Hətta Türkiyədən aldığı yeni PUA-ların sayının bir ordunu idarə edə biləcək səviyyədə olduğu deyilir.

JAMAZ.İNFO xəbər verir ki, “Bayraktar TB2” dronlarını silahlı qüvvətlərinin tərkibinə qatan Ukrayna Krım və Donbasda onlardan Rsuiay ordusuna qarşı istifadə etmək barədə qərar verib. Belə ki, Ukrayna Silahlı Qüvvətlərinin baş qərargah rəisi, general Ruslan Homçak bildirib ki, “Bayraktar”lardan rusların işğal etdikləri ərazidə istifadə barədə qətat veriblər. O, xüsusi olaraq Krımın adını çəkib. General bildirib ki, Krımda rusların hərbi qüvvələrinin yerləşdiyi nöqtələri müəyyən etmək üçün plana malikdirlər və onun icrasını reallaşdıracaqlar. Məlumatlara görə, türk dornları Qara dəniz və Azov dənizi üzərində uçaraq 2014-cü ildə Rusiyanın işğal etdiyi Krımı müşahidəsi altına alacaq.

General Homçak onu da deyib ki, “Bayraktar”ları “Shiroky Lan” təlim sahəsində uğurla sınaqdan çıxarıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button