Rusiyadan etiraf: Mərkəzi Asiya ölkələri…
“Mərkəzi Asiyada yerləşən bəzi ölkələrin anti-Rusiya sanksiyalarına qoşulması mümkündür”.
Jamaz.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Qaluzin “Valday” Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası başqa ölkələrə diktə etmir. Əgər bu hərəkətlər MDB, Aİİ və KTMT-də qarşılıqlı öhdəliklərə zidd deyilsə.
“Mərkəzi Asiyada yerləşən bəzi ölkələr birtərəfli iqtisadi məhdudiyyətlərin qeyri-legitimliyi və qəbuledilməzliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, müvafiq risklərə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Onlar Qərbin sanksiya tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, – Qaluzin əlavə edib.
O aydınlaşdırıb ki, Mərkəzi Asiya dövlətləri Rusiya Federasiyası ilə münasibətlərin süni şəkildə pozulmasının bütün nəticələrini anlayır. Onlar əhəmiyyətli zərərlə nəticələnə bilər.(publika)